Haqqımızda Reklam
17 
Apr
2019
16:29
3
0
641

Bu il ölkə iqtisadiyyatına 200 milyon dollar sərmayə cəlb olunacaq?

Gürcüstan bu il ölkə iqtisadiyyatına 200 milyon ABŞ dolları həcmində sərmayə cəlb etmək niyyətindədir. 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulia söyləyib. Nazir deyib ki, Gürcüstan bu il həm də xaricdən məhsul alışını azaldacaq və ixraca daha çox üstünlük verəcək. Bu il ixracın həcminin 600 milyon dollardan 700 milyon dollara çatdırılması nəzərdə tutulub. Hökumət, həmçinin xarici şirkət və investorların hüquqlarının qorunması barədə mühüm addımlar atacaq. Bu da ölkəyə sərmayə qoyuluşunun, yerli istehsalın həcminin artmasına səbəb olacaq. Nazirin sözlərinə görə, 2019-cu ilin birinci rübündə müəyyən sahələrə 30 milyon 250 min lari sərmayə qoyulub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989