Haqqımızda Reklam
17 
Apr
2019
14:23
1
2
584

Parlamentdə Etika Şurası quruldu

Gürcüstan Parlamentində Etika Şurası yaradıldı. 24News.ge xəbər verir ki, Parlamentin bu günkü iclasda millət vəkilləri qətnamə layihəsinə səs veriblər. Məlumata görə, Etik Şuranın yaradılması 84 millət vəkili tərəfindən dəstəklənib. Qeyd edək ki, yeni yaradılan Etik Şurası Parlament üzvünün davranışını onun statusu əsasında tənzimləyir və fəaliyyəti zamanı, həmkarları, işçiləri, media, digər institutlar və ictimaiyyətlə əlaqələri nəzərə almalı olan qaydaları müəyyən edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989