Haqqımızda Reklam
03 
Iyn
2020
13:32
22
4
2154

Etirazçılar Ədliyyə nazirinə vaxt verdi - ''Əks halda Türkiyə -Gürcüstan sərhəddini bağlayacağıq''

Kirminal-avtoritet Lavasoğlu adı ilə tanınan, Mindia Goradzenin yaxınları hal-hazırda Batumidə aksiya keçirirlər. 24News.ge xəbər verir ki, aksiya iştirakçıları Ədliyyə naziri, Tea Tsulukianiyə vaxt verdiklərini bəyan ediblər. Lavasoğlunun yaxınları artıq 3 gündür ki, Batumi şəhərinin ədliyyə evi qarşısında etiraz aksiyası keçirirlər. Onlar, Türkiyədə həbsdə olan Lavasoğlunun səhhətinin pisləşdiyinə görə onu ölkəyə ekstradisiya edilməsini tələb edirlər. Lavasoğlunun yaxınlarının bir qismi Batumidə yerləşən Ədliyyə evinin qarşısında çadırlar quraraq, aclıq aksiyasına başlayıblar. Onlar, bu gün saat 15;00-a dək Lavasoğlunun Gürcüstana ekstradisiyası ilə bağlı Ədliyyə Nazirinə vaxt verdiklərini bəyan edərək, əks təqdirdə Sarp keçid məntəqəsini mühasirəyə alacaqlarını bildirirlər. Xatırladaq ki, Lavasoğlu Türkiyədə kriminal aləmə üzv olmaq ittihamı ilə həbs edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989