Haqqımızda Reklam
03 
Iyn
2020
13:00
10
26
1963

Gürcüstan hökuməti xaricdən milyardlarla borc götürür

2020-ci il ərzində, hökumət 7.1 milyard lari xarici borc götürəcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən Parlamentə göndərilən makro-iqtisadi məsələlər barəsindəki hesabatda bildirilir. Qeyd edilir ki, ötən il ərzində ölkənin götürdüyü borc və ödədiyi keçmiş borc arasındakı fərq 7.8 milyarda bərabərdir. Hazırda ümumilikdə, hökumətin 6.1 milyard xarici və 1.7 milyard daxili borcu var. Proqnozlara əsasən, 2021-ci ildə hökumət - 3.4 milyard, 2022-ci ildə isə 2.1 milyard borc götürəcək. Bundan əlavə, bildirilir ki, cari ildə ümumdaxili məhsulun həcmi 4% azalacaq, 2021-ci ildə isə 4% artım gözlənilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989