Haqqımızda Reklam
03 
Iyn
2020
12:49
13
18
3313

Muşevani (Dəllər) kəndində dünyasını dəyişən şəxslə bağlı maraqlı açıqlama - O sağalmışdı...

"Muşevani (Dəllər) kəndində virusdan dünyasını dəyişdiyi açıqlanan şəxs virusdan sağalsada onun digər xəstəlikləri dahada ağırlaşıb və nəticədə dünyasını dəyişib". 24News.ge xəbər verir ki, bu barədə Tbilisinin Respublika Xəstəxanasının direktoru Levan Gopodze bildirib. O qeyd edib ki, Muşevani (Dəllər) kəndindən olan şəxsin əslində koronavirus xəstəliyindən sağaldığı, lakin onun başqa ağır xəstəlikləri, şiddətli ürək çatışmazlığı, böyrək çatışmazlığı və insult olduğu üçün virus bu xəstəlikləri dahada ağırlaşdırıb. “Bu şəxs may ayının əvvəlləri xəstəxanaya gətirilib, onun həmdə ağır xəstəlikləri var idi. Dünyasını dəyişən şəxs yaxın zamanlarda koronavirus testindən yenidən keçirildi və sağaldığı bəlli oldu, lakin koronavirus onun mövcud olan digər xəstəliklərini dahada ağırlaşdırıb, nəticədə isə o dünən ürək tutmasından dünyasını dəyişdi. O virusdan sağalsada, lakin onun ölümünə virus səbəb olduğuna görə, biz rəsmi olaraq Covid 19 virusundan dünyasını dəyişmiş olaraq qeydiyyatdan keçirdik”, - deyə xəstəxananın direktoru bildirib. Xatırladaq ki, ötən gün Bolnisi bələdiyyəsinin Muşevani (Dəllər) kəndinin 75 yaşlı sakini virusdan dünyasını dəyişib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989