Haqqımızda Reklam
03 
Iyn
2020
11:25
7
2
775

Hakim partiyanın majoritar və proporsional seçki siyahısı nə vaxt bəlli olacaq? - Kobaxidze açıqladı

"Gürcü Arzusu" partiyasının üzvü, İrakli Kobaxidze, hakim partiyanın 2020-ci ilin Parlament seçkiləri üçün, majoritar və proporsional siyahısı barədə danışıb. 24News.ge xəbər verir ki, İ.Kobaxidze artıq majoritar və proporsional siyahının hazırlanması barədə işlər aparıldığını bildirib. "Majoritar, həmçinin proporsional siyahı barəsində əlbəttə ki, artıq işlər başladılıb. Majoritar hissə üçün nəticələr yəqin ki, iyunun birinci yarısında, proporsional siyahının təqdimatını isə təqribi olaraq sentyabrda həyata keçirəcəyik", - deyə İrakli Kobaxidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989