Haqqımızda Reklam
02 
Iyn
2020
19:23
16
3
1894

Bu il məktəbləri tərk edən müəllimlərin sayı açıqlandı

Ölkə miqyasında 1917 məktəbdən, 8 426 nəfər təqaüd yaşına çatmış müəllim, iki illik əməkhaqqını alaraq öz müəllimlik fəaliyyətini dayandırıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən Parlamentə göndərilən illik hesabatda bildirilir. Məlumatda qeyd olunur ki, həmin müəllimlər artıq iki illik əmək haqqlarını 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlindən alıblar. Hökumətin verdiyi açıqlamaya görə, 2019-cu ilin yüksək və aparıcı statusa daxil olan müəllimlərin maaşları isə 150 lari artırılıb və həmin kateqoriyalardakı müəllimlərin sayı 37 900 nəfər təşkil edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989