Haqqımızda Reklam
02 
Iyn
2020
17:44
13
15
1834

Gürcüstanda parlament seçkilərində səsvermə necə təşkil olunacaq? - Qaydalar açıqlandı

"Payızda ölkədə keçirləcək parlament seçkilərində səsvermə prosesi koronavirusun yayılmasının qarşısının alınması üçün mexanizmlərdən istifadə ilə keçiriləcək”. 24News.ge xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze “IPN” agentliyinə bildirib. Onun sözlərinə görə, seçicilərin növbəsində 2 metrlik sosial məsafənin saxlanılması təmin olunacaq və məntəqəyə daxil olarkən vətəndaşların hərarəti ölçüləcək. Spiker deyib ki, seçki məntəqələrində əllərin dezifenksiya edilməsi üçün xüsusi qurğular da quraşdırılacaq, masa, qapı dəstəkləri və digər səthlər xüsusi məhlulla silinəcək. A.Talakvadze qeyd edib ki, seçki kampaniyası virusun yayılmasının qarşısının alınması məqsədilə təhlükəsizlik qaydalarına riayət etmək şərtilə təşkil olunacaq. Qeyd edək ki, ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. (Newsbureau)

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989