Haqqımızda Reklam
01 
Iyn
2020
18:47
23
6
2715

Baş nazir ölkədəki son durumu şərh etdi...

"Hamımız anlamalıyıq ki, virusu biz hələ də tam dəf etməmişik, ayrıca qadağaların götürüldüyü ölkələrdə virisun dəf edilməsi hələki mümkün deyil, bu qlobal pandemiyadır". 24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria deyib. Baş nazirin sözlərinə görə, bu gün hökumətin qərarı ilə bir çox iqtisadi fəaliyyətlər bərpa olundu: "Bilirsiz ki, İctimai nəqliyyatın işə başlamasından sonra bu gün açıq restoranlar, ticarət mərkəzləri, bütün növ barlar açıldı, bu isə o demekdir ki, nəticədə şəhərlərdə insanların sayı artır və virusun yayılma riski də artacaq. Bu gün ölkəmizdə koronavirusdan 11 yeni yoluxma halı qeydə alındı, dünən 26, iki gün əvvəl doqquz hal idi. Hamımız anlamalıyıq ki, virusu biz hələki dəf etməmişik. Ayrıca qadağaların götürüldüyü ölkələrdə hazırda virisun dəf edilməsi demək deyil, bu qlobal pandemiyadır. Dünyada heç bir ölkə ayrıca virusu dəf edə bilməz. Qələbəni dünya birlikdə qeyd etməlidir. Məqsədimiz virusun yayılmasının effektli nəzarətidir. Son iki gün ərzində ölkəmizdə virusun yayılmasının iki yeni klasteri əmələ gəldi. Biri Tbilisidə, biri isə, Marneulidə, Mereti kəndində qeydə alınıb. Qaydaların qorunması hər bir vətəndaşın məsuliyyətidir. Hər bir vətəndaşa müraciət etmək istəyirəm ki, özləri ilə maska gəzdirsinlər. Məcburuq yavaş-yavaş iqtisadiyyatı bərpa edək. Hamımız başa düşməliyik ki, geri qayıtmaq arzusunda deyilik bunun üçün isə vətəndaşlarmızdan çox şey aslıdır”, – deyə Qaxaria bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989