Haqqımızda Reklam
01 
Iyn
2020
10:54
25
5
5069

Gürcüstanda bu gün açılacaq obyektlərin fəaliyyət planı açıqlandı

Gürcüstanda bu gündən etibarən açıq havada mövcud olan restoran və kafelər, həmçinin bütün növ ticarət obyektləri açılacaq, o cümlədən bazarlar və molla-da öz fəaliyyətini bərpa edir. 24News.ge xəbər verir ki, səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentinin rəisi, Beka Peradze açıqlama verərək, obyektlər müəyyən təyin olunan şərtləri əməl etməli olacaqlarını bildirib. “Bildiyiniz kimi, açıq növlü restoranlar, bazarlar, mollar açılır. Onlar üçün Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamenti tərəfindən müəyyən məcburi tələblər təyin olundu. Restoranlarda iki metrlik məsafə müdafiə olunmalıdır. Skamyalar arasında məsafə bir metrdən artıq olmalıdır. Önəmlidir ki, masalarda altı insandan artıq oturmamalıdır. Mollara gəldikdə, isə ventelasiyanın xüsusi tələbləri var. Bazarlarda vahid giriş, çıxış və termoskrininq olmalıdır”, – deyə Peradze bildirib. Qurum nümayəndəsi qeyd edib ki, tələblərin nəzarəti müxtəlif idarələrin yardımı ilə, Əmək Müfəttişliyi Departamenti həyata keçirəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989