Haqqımızda Reklam
16 
Apr
2019
18:29
34
2
2251

Cələ kəndinin ad günü qeyd olundu (FOTO-VİDEO)

Kaspi rayonunda yerləşən və azərbaycanlıların yaşadığı Mikelcğaro kəndinin salınmasının 120 illiyi tamam olub. 24News.ge xəbər verir ki, el arasında Cələ deyilən kəndin yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və Kaspi rayon rəhbərliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə uşaqların ifasında mahnı və rəqslər təqdim olunub. Qonaqlar kənd əhalisini yubiley münasibətilə təbrik edərək onlara əmin-amanlıq və firavanlıq arzulayıblar. Mərasimdə kəndin yaranma tarixindən söz açılıb. Bildirilib ki, bu gün Cələ kəndində 250-dən çox ev var və kənddə 1 200-ə yaxın insan yaşayır ki, onların da böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Daha ətraflı video görüntüləri və müsahibələri təqdim edirik:

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989