Haqqımızda Reklam
16 
Apr
2019
17:25
5
1
824

Bu il 12-ci siniflər məktəbi may ayında başa vuracaqlar

12-ci sinif şagirdləri üçün bu il tədris ili mayın 20-də başa çatacaq. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi yayıb. Məlumata görə İctimai Məktəblərdə Attestat imtahanlarının ləğv olunması ilə bağlı 2018-2019-cu tədris ilində, 12-ci sinif şagirdləri üçün məktəbə azad ziyarət rejimi artıq qüvvədə olmayacaq və onların tədris ili mayın 20-də başa çatacaq. İdarə bildirir ki, bu il son sinif şagirdlərinin 30 faizindən artığının məktəbə gəlmədiyinə görə, eksternat imtahanlarının qeydiyyat müddəti 21-22 may hesab ediləcək. Eksternat imtahanları üçün şagirdlər elektron şəkildə qeydiyyatdan keçəcəklər. Milli Təhsil Planına əsasən, əgər şagird il ərzində konkret fənin 30 faizini buraxıbsa, onun biliyi sadəcə eksternat imtahanının tapşırılmsı əsasında dəyərləndiriləcək. Mənbə 1TV

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989