Haqqımızda Reklam
28 
May
2020
22:56
11
7
3608

Özünü işlə təmin edən insanlar 300 lari yardım almaq üçün kimə müraciət etməlidir ?

Özünü işlə təmin edən insanlara 300 lari dəyərində veriləsi təzminatın qeydiyyatında Demokratik Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsi tərəfindən vətəndaşlara kömək olunacaq. 24News.ge xəbər verir ki, İFES və Demokratik Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin- Marneuli və Axalcixe ofisi vətəndaşlara yardım layihəsini başlayıb. Layihənin məqsədi ölkədə yaranmış vəziyyətə görə iş yerlərini itirən erməni və azərbaycan dilli öz-özünü işlə təmin edən vətəndaşlara yardım etməkdir. “Bizim könüllülərimiz qeyd olunan əhaliyə ərizələrin doldurulmasında, qeydiyyatdan keçəməkdə və dövlətdən nəzərdə tutlmuş məbləği tələb etməkdə yardım edəcəkdir. Ərizələrin qəbulu 1 iyul tarixinədək davam edəcək. Vətəndaşlar mərkəzlərə şəxsiyyət vəsiqəsi, bank hesab nömrəsi və 2020-ci ilin ilk üç ayı ərzində işlə təmin olunma haqda sənədlərini ( müqavilə, bazarda ödənilən vergi haqda sənəd vəs. ) özləri ilə birgə gətirməlidirlər. Mərkəzə gələn vətəndaş isə tibbi maskalardan istifadə etməlidirlər” - deyə Demokratik Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin elanında qeyd olunub. Qeyd edək ki, Demokratik Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin- Marneuli ofisi- Qiorqadze #1 (Ataholdingin yanı) küçəsində yerləşir. Mərkəzin iş saatları şənbə-bazar da daxil olmaqla, 10:00=-dan 13:00-ə qədərdir. Görüş üçün siz öncədən qeyd olunan nömrəyə zəng etməlisiniz; 0800000040

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989