Haqqımızda Reklam
28 
May
2020
22:44
39
8
4002

"Baş nazirin kredit borclarına gələn faizdən xəbəri yox idi" - Millət vəkili

"Bildiyiniz kimi, Gürcüstanda koronavirus pandemiyası səbəbi ilə vətəndaşların kredit müddəti uzadılıb, lakin onlara hər ay kredit faizi əlavə edirilir". 24News.ge xəbər verir ki, bu sözləri müstəqil millət vəkili olan Davit Çiçinadze deyib. O qeyd edib ki, vətəndaşların kredit müddətinin uzadılması nəticəsində onların kreditlərinə əlavə olunan faizlər silinməlidir. Həmçinin millət vəkili bu barədə baş nazir, Giorgi Qaxariyanın məlumatı olmadığını və onunla danışdığını qeyd edib. “Vətəndaşların kreditlərinin ödəmə vaxtları uzadıldı, lakin bununla birlikdə onlara əlavə faizlər artırıldı, bu isə tamamı ilə ləğv olunmalıdır. Mən bu barədə baş nazirlə danışdım, o kreditlərə faizlərin əlavə olunduğunu bilmirdi”, - deyə Davit Çiçinadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989