Haqqımızda Reklam
15 
Apr
2019
22:27
3
1
461

Lukaşenko: ABŞ Türkiyəni "vurmağa" çalışır

Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasını dəstəkləyib. 24News.ge xəbər verir ki, bu barədə "Belta" nəşri yazıb. Lukaşenkonun sözlərinə görə, ABŞ müdafiəsi üçün zəruri olan silahı almaq məsələsində Türkiyənin mövqeyini dəstəkləməyib. "Türkiyəni isə yalnız tənqid etmirlər, üstəlik vurmağa çalışırlar", - Lukaşenko bildirib. Türkiyənin suveren dövlət kimi qərar verdiyini bildirən Lukaşenko ABŞ-ın tənqidlərinin Türkiyənin mövqeyinin haqlı olduğunu göstərdiyini qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989