Haqqımızda Reklam
27 
May
2020
13:11
29
6
2364

Baş nazir parlamentdə çıxışı zamanı ölkədə virusla bağlı son vəziyyəti şərh etdi

“Hazırda Gürcüstanda koronavirusun yayılması ilə bağlı vəziyyət tam nəzarət altındadır”. 24News.ge xəbər verir ki, bu sözləri ölkənin baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, ölkədə virusdan ölüm göstəriciləri hər 100 nəfərə 0,3% təşkil edir: “Bu, 49 Avropa ölkəsi arasında ən aşağı göstəricidir”. Hökumət başçısı Gürcüstanın infeksiyanın yayılmasına görə dünyada 123-cü yeri tutduğunu deyib. Qeyd edək ki, indiyədək ölkədə COVID-19-a 735 nəfər yoluxub. Onların 557-si artıq sağalıb, 12-si isə dünyasını dəyişib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989