Haqqımızda Reklam
15 
Apr
2019
22:07
4
0
1834

Gürcüstanın borcu açıqlandı - Maraqlı rəqəmlər ortaya çıxıb

Gürcüstanın ümumi xarici dövlət borcu 5 388,974 mln. dollar təşkil edir. Bu məbləğin 5 222, 384 mln. dolları hökumətin payına düşür. 24News.ge xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir. Sənədə əsasən, bu il aprelin 1-nə Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (320,233 mln. dollar), Fransa (248,481 mln. dollar) və Yaponiyadır (212, 609 mln. dollar). Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14, 273 mln. dollar, 58, 773 mln. dollar və 8, 305 mln. dollar təşkil edib. Gürcüstanın Azərbaycana olan borcu isə 7,435 mln. ABŞ dolları təşkil edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989