Haqqımızda Reklam
15 
Apr
2019
16:10
8
1
741

Çavuşoğlu: Ermənilər dürüst deyillər-Qarabağı işğal etmisiniz, niyə oradan çəkilmirsiniz?

Ermənilər dürüst deyillər-Qarabağı işğal etmisiniz, niyə oradan çəkilmirsiniz? 24News.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Antalyada keçirilən NATO Parlamentlər Assambleyasında çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyənin tərəfdar olduğu bütün təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyir. “Ermənilər dürüst deyillər. Qarabağı işğal etmisiniz, niyə oradan çəkilmirsiniz? Sizə məsləhət verdik ki, işğal altındakı torpaqlardan çəkilsəniz, sərhədlərimizi açacağıq”, - Çavuşoğlu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın məsələləri Türkiyəni birbaşa maraqlandırır. O əlavə edib ki, Türkiyə ordusunun yaxaladığı və öldürdüyü PKK terrorçuları arasında kifayət qədər erməni var.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989