Haqqımızda Reklam
15 
Apr
2019
15:57
12
1
2636

Qrigol Vaşadze: "Gürcü dilini bilməyən azərbaycanlıları heç bir işə götürmürlər"

"Qardabani rayonunda gürcü dilini bilməyən azərbaycanlıları heç bir işə götürmürlər". 24News.ge xəbər verir ki, bunu Vahid Milli Hərəkat partyasının sədri Qriqol Vaşadze Qardabani rayonunun Kosalı kənd sakinləri ilə görüşü zamanı söyləyib. Müxalifət lideri Qardabani rayonunda etnik azərbaycanlılarla görüşü zamanı işsizlik problemləri, kredit problemləri və başqa problemlər barədə yerli sakinlər ilə söhbət edib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan etnik azərbaycanlılar hansılar ki, dövlət dilini bilmirlər onların işlə təmin olunması praktiki olaraq qeyri mümkündür. "Qardabanidə keçmiş prezident seçkilərinin hər iki turunda qalib gəldik bu xalq qorxmaz və şücaətli bir xalqdır. Bu xalqa müxtəlif təyziqlər və əziyyətlərin olmasına baxmayaraq onlar yenədə öz seçimlərini etdilər. Bu gün buraya gəlib dərdləri ilə yaxından tanış oluram. Gürcüstan sahibsiz qalıb, öz vətəndaşına sahib çıxaraq qeydinə qala bilmir. Gürcü dilini bilməyən azərbaycanlılar heç bir iş yerinə götürmürlər. Bunun açıq misalı elə Qardabani rayonudur. Bu xalqla danışanda buna bir daha əmin oluruq-" , deyə Qriqol Vaşadze vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989