Haqqımızda Reklam
15 
Apr
2019
11:25
6
0
1294

Gürcüstan səmasına hansı ölkələr nəzarət edir?

Cari ilin ilk rübündə Gürcüstanın beynəlxalq hava limanlarından 1 milyondan çox sərnişin istifadə edib. 24News.ge xəbər verir ki, bu məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi yayıb. Məlumata görə, bu göstərici ötən ilin analoji dövründən 21% çox olub. Agentlik cari ilin ilk rübündə ölkə əhalisinin daha çox Macarıstanın "Wizz Air" aviaşirkətindən istifadə etdiyini bildirib. Aviaşirkət Gürcüstan bazarının 15%-nə nəzarəti əlinə götürüb. Ondan sonrakı yerdə "Turkish Airlines" (11%), "Georgian Airways" (11%), "Pobeda Airlines" (10%) , "Ural Airlines" (6%) və Azərbaycanın AZAL şirkəti isə (5%) Gürcüstan səmasına nəzarət edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989