Haqqımızda Reklam
15 
Apr
2019
11:22
4
0
331

Mamuka Baxtadze Rumıniyaya rəsmi səfər edəcək

Baş nazir Mamuka Baxtadze bu gün Rumıniyaya rəsmi səfər edəcək. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Baş nazirin mətbuat xidməti verib. Məlumatda qeyd olunub ki, Rumıniya hökumət sarayında Baş nazir Mamuka Baxtadze üçün rəsmi qarşılama mərasimi keçiriləcək. Daha sonra Rumıniya Baş naziri Vasilka-Viorka Dençila ev sahibliyi edəcək. Görüşdən sonra baş nazirlər mətbuat üçün bəyanatlar verəcək. Həmçinin, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq barəsində razılaşmanın imzalanması planlaşdırılır. Razılşamanı Xarici İşlər naziri David Zalkaliani və Rumıniya Mədəniyyət naziri Valer Daniel Breazi arasında baş tutacaq. Məlumatda eləcədə bildirilib ki, Rumıniyaya rəsmi səfər çərçivəsində Baş nazir Mamuka Baxtadze bu ölkənin dövlət başçısı Klaus Yohanis ilə görüşəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989