Haqqımızda Reklam
23 
May
2020
20:30
34
3
2741

Gürcüstanda İcma Mərkəzi partladıldı, külli miqdarda pul oğurlanıb

Çoxatauri rayonunun Koxnari kəndinin İcma Mərkəzinin binasıda partlayış baş verib. 24News.ge xəbər verir ki, bu barədə “Mtavari arxi” trelekanalı məlumat yayıb. Hadisə ötən gün saat 23:30 radələrində qeydə alınıb. Həmin vaxt Gürücüstanda fövqəladə vəziyyət rejimi və komendant saatı qüvvədə olub. İlkin ehtimallara əsasən, mərkəzin zalında olan “Liberty Bank”ın bankomatı partladılıb. Partlayışdan sonra cinayətkar və ya cinayətkarların bankomatdan bir neçə min lari pul oğurladıqları bildirilir. Hadisə nəticəsində İcma Mərkəzinin qapıları, tavanı, ofis mebeli və texnikasına da ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur. Faktla bağlı istintaq aparılır. (Newsbureau)

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989