Haqqımızda Reklam
23 
May
2020
20:12
26
5
2964

Fitr bayramı günü günortaya qədər oruc tutmaq olarmı?

"Bir neçə hal var ki, oruc tutmaq müsəlmana haram olur, onlardan biri isə Fitr bayramı günüdür". 24News.ge xəbər verir ki, din xadimləri insanlar arasında çox soruşulan, Fitr bayramı günü günortaya qədər oruc tutmaq olarmı sualnı cavablandırıblar. "Fitr bayramı günü mübarək Ramazan ayı qurtarıb. Şəvval ayının birincı günü olur. Həmən günü qəsdən oruc tutmaq haramdır. Belə bir sual olunur ki, Fitr bayramı günü günortaya kimi oruc tutmaq olarmı? Əgər bir şəxs Fitr bayramı günü oruc niyyəti ilə ac qalsa haram bir iş görmüş olar. Amma şəriətmizdə bu cür buyurulur ki, oruc tutan kəs Fitr bayramı günü müstəhəbdir ki, (savabı var) fitirə zəkatını çıxsın və bayram namazını qılsın ondan sonra bayram süfrəsində əyləşib yemək yesin.(Çünki mömin əvvəlcə ehtiyacı olan insanın ehtiyacını ödəyir sonra Allahla münacat edir daha sonra isə özü yemək yeyir). Həmçinin bu əməli yerinə yetirməsə heç bir günah iş görmüş olmur. Ümumiyyətlə islamda əsas olan işin özü deyil, əsas olan işin Allah-taalanın istədiyinə uyğun yerinə yetirilməsidir", - deyə din xadimləri bildirir. Müəllif: Ramin Əliyev

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989