Haqqımızda Reklam
23 
May
2020
16:46
13
6
1026

Bu gün Abxaziya günüdür

Gürcüstanda hər il olduğu kimi, bu ildə 23 may tarixi Abxaziya günü kimi qeyd olunur. 24news.ge xəbər verir ki, Abxaziya günü ilə əlaqədar olaraq, hər il ölkədə müxtəlif tədbirlər həyata keçirilir. Məcburi Köçkünlərin, Eko-Miqrantların və Yaşayış Təchizatı Agentliyinin rəhbəri, Besarion Simonişvilinin sözlərinə görə, Gürcüstanda yayılan koronavirus pandemiyası səbəbi ilə Abxaziya günü bu il fərqli formatda keçiriləcək. “Bu il Abxaziya günü Gürcüstanın patriyarxı 2-ci İlyanın öz xeyir-duası ilə qeyd olunacaq. İlk olaraq müharibə zamanı həyatını itirmiş qəhramanları yad edəcəyik. Ümid edirəm ki, yaxın gələcəkdə Abxaziya gününü bütöv Gürcüstan ərazisində qeyd edəcəyik ”- deyə Besarion Simonişvili bildirib. Qeyd edək ki, Gürcüstanın patriyarxı 2-ci İlya, 2014 -cü ildə 23 may tarixini Abxaziya günü elan edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989