Haqqımızda Reklam
14 
Apr
2019
18:52
5
3
632

Prezident: "Yaxın gələcəkdə Axalkalakidə gürcü dilli uşaq bağçası açılmalıdır"

Prezident Salome Zurabişvili Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayonuna ‘Ana Dili’ günü münasibətilə səfər edib. 24News.ge-nin verdiyi xəbər görə, bu gün 14 aprel tarixində ölkə başçısı Axalkalaki Mədəniyyət Evində gürcü dilinə həsr olunmuş panelin açılışında iştirak edib və yerli sakinlərlə görüşüb. Burada çıxış edən Salome Zurabişvili bölgənin dövlət dilinin tam bilməsinin vacibliyini izah edib: “Mən çox istəyirəm ki, siz və övladlarınız Gürcüstanın tam vətəndaşı olsun. Buna görə ikili vətəndaşlıqın hərkəsə əlverişli olması üçün çox işlər görmüşəm. Bu dəyişiklik Konstitusiyaya daxil edilmişdir və bu gün hər kəsin Gürcüstan vətəndaşlığını bərpa etmək hüququ var, ancaq bir addım atıb ölkənin dilini öyrənmək lazımdır. Əgər bu ölkənin vətəndaşı olmaq istəyiriksə dövlət dilini bilməliyik". “Vətəndaşlığın bərpası ilə müşayət olunan kiçik imtahandan keçmək üçün ən az səviyyədə dil öyrənmək gərəkdir. Bu simvolikdir, eyni zamanda - çox vacibdir. Bu o deməkdir ki, dövlət sizi Gürcüstanın tam hüquqlu vətəndaşı olmağınızı istəyir. Hər bir vətəndaş tam hüquqlu bu ölkəyə üzv olmaq istəyirsə və bu ölkənin vətəndaşı kimi özünü hiss etmək istəyirsə, o zaman dövlət güclüdür - o zaman Gürcüstan bütün cəhətlərdə qüdrətli olacaq”. Deyə prezident qeyd edib. “Bir daha sizə təşəkkür etmək istəyirəm və demək istəyirəm ki, dövlət səylərini bu istiqamətdə əsirgəməyəcək və Gürcüstanı xüsusilə uşaqlar üçün daha əlverişli etməyə çalışacaq. Uşaq bağçası olduğundan, dil öyrənmə bütün perspektivlər və kariyerlərin açıldığı nöqtəyə qədər başlayır. Buna görə də bu gün Axalkalakidən yüksək səslə söyləmək məcburiyyətindəyəm ki, yaxın vaxtlarda Axalkalakidə bir gürcü dilində uşaq bağçası açmaq lazımdır. Mən bilirəm ki, bunu sizdə istəyirsiz, biz də istəyirik. Ümid edirəm ki, gələn il buraya gəldikdə, bu arzu artıq həyata keçirilmiş olacaq ". Qeyd edək ki, bu gün 14 aprel ölkədə Ana Dili günüdür.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989