Haqqımızda Reklam
23 
May
2020
12:45
33
12
5563

24News.ge, Əhməd İmamquluyevin əsasız paylaşımı barəsində bəyanat yayır

İki gün öncə, “Avropalı Gürcüstan” partiyasının Marneuli nümayəndəliyinin rəhbəri, Əhməd İmamquliyev, 24News.ge xəbər portalına qarşı yalan məlumat yayaraq, Marneulidə Nəriman Nərimanovun büstünün açılması ilə bağlı xəbərin saytımızdan silindiyini, hətda birazda önə gedərək, bunun rayon meri Zaur Darğallı tərəfindən sildirildiyini iddia etməklə insanları aldatmağa və xəbər portalını hakimiyyət tərəfindən idarə olunan media portalı kimi tanıtmağa çalışıb. Biz isə ictimayyətə və Əhməd İmamquliyevə bildirmək istəyirik ki, 24News.ge-nin istər rəsmi saytında, istərsə də, facebook səhfəsində bu xəbər silinməyib. Biz müstəqil və qərəzsiz media portalıyıq və sifariş əsasında xəbər dərc edib və ya silmirik. Ə. İmamquliyev bununla yanaşı merin öz şəxsi facebook hesabından da, Nəriman Nərimanovun abidəsinin bərpası barəsində paylaşılan şəkillərin silindiyini iddia edib, ancaq biz bunu da araşdırdıq və gördük ki, merin şəxsi hesabında 19 mayda paylaşılan şəkil hələdə onun öz şəxsi səhfəsində mövcuddur. İmamquliyevin bu sözlərini isə, sadəcə facebook səhfəsində mövcud olan, özünü xəbər portalı adlandıran " Aktual Xəbər" səhfəsi paylaşaraq, insanları aldatmağa çalışıb. Nəzərinizə çatdırmaq istəyirik ki, bu artıq 24News.ge xəbər portalına qarşı atılmış 3-cü və növbəti təxribatdır. Əziz oxucular, sözügedən xəbərlərin yalan olduğunu ictimaiyyətə sübut etmək üçün biz doğru olan linkləri aşağıda sizlərə təqdim edirik. Xəbərin azərbaycan dilində olan linki: https://24news.ge/read/id/29649 Xəbərin gürcü dilində olan linki: https://24news.ge/read/id/29648

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989