Haqqımızda Reklam
23 
May
2020
10:14
19
10
1677

Ermənistanın səhiyyə rəhbəri Gürcüstanı ittiham etdi...

Ermənistanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Arsen Torosyan, Gürcüstanda koronavirusla əlaqdar, həyata keçirilən testlərə şübhə ilə yanaşıb. 24News.ge xəbər verir ki, onun bu açıqlamasına, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze cavab verib. O bildirib ki, Arsen Torostanı tanıyıram və onun belə bir bəyanatla çıxış etməsi təəccübülü oldu. Qeyd edək ki, A.Torosyan, Gürcüstanda koronavirusla əlaqdar, həyata keçirilən testlərə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, Gürcüstanda test edilərək, Ermənistana gələn şəxslərdə, həmçinin,yük maşını idarə edən, sürücülərdə də virus aşkarlanır. Qamkrelidze, A.Torosyanın bəyanatını "qeyri diplomatik" adlandırıb. Onun sözlərinə görə, əgər Gürcüstandan Ermənistana gedən hər hansı bir vətəndaşda virus aşkarlandığı təqdirdə, Ermənistan tərəfi bunu Gürcüstana və Ümumdünya Səhiyyə Təşkilatına bildirməlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989