Haqqımızda Reklam
22 
May
2020
21:00
50
13
7081

23 maydan etibarən, hansı qadağalar qüvvədə qalacaq? - Çikovani açıqladı

Baş nazirin mətbuat xidmətinin rəhbəri, İrakli Çikovani, 23 maydan etibarən götürüləcək və qüvvədə qalacaq olan, qadağaları açıqlayıb. 24News.ge xəbər verir ki, bu barədə, İrakli Çikovani, mətbuat konfransında danışıb. Belə ki, 23 may, bu gecə, saat 00:00-dan etibarən, ölkənin bütün ərazisində, fövqəladə hal və komendant saatı ləğv ediləcək. Qapalı məkanlarda, həmçinin ticarət mərkəzlərində maska taxmaq və insanlar arasında sosyal məsafə saxlanılması qüvvədə qalacaq. 23 maydan etibarən, ölkənin digər bölgələrində olduğu kimi, Bolnisidə də karantin rejimi ləğv ediləcək. Karantin, rayonun sadəcə iki kəndində: Dəllər (Muşevani) və Aşağı Güləver (Geta) kəndlərində qüvvədə qalacaq. Avtomobillərdə 3 nəfərdən artıq insanın hərəkəti qadağası da götürülür və qadağa sadəcə taksilər üçün qüvvədə qalacaq. Bundan əlavə, 70 yaş və üzəri vətəndaşların küçəyə çıxması ilə əlaqədar qadağa da götürülür. Ancaq, onlar, yüksək risk qrupuna daxil olduqları üçün, evdə qalmaları tövsiyyə edilir. 23 maydan sonra, restoranlarda, bar və kafelərin müştəri qəbulu qadağası davam edəcək. Bundan əlavə, mollar (böyük ticarət mərkəzləri) bir müddət daha bağlı qalacaqlar. Müxtəlif idman və mədəniyyət tədbirlərinin keçirilməsi qadağası da qüvvədədir. Şans oyunları isə sadəcə eletktron qaydada keçirilə bilər. Bu mərhələdə, qadağalar ictimai nəqliyyat üçün də qüvvədə qalacaq. Məhdudiyyətlərin mərhələli şəkildə götürülməsini, kordinasiya şurası müzakirə edəcək -deyə, İrakli Çikovani bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989