Haqqımızda Reklam
22 
May
2020
19:35
8
23
3286

QƏRAR - Hökumətə iyulun 15-dək qadağalar və məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verildi

Gürcüstan parlamenti üçüncü oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini təsdiqləyib. 24News.ge xəbər verir ki, sənədi 81 deputat dəstəkləyib. Layihəyə əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün ölkədə fövqəladə vəziyyət elan etmədən müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib. Hökumət iyulun 15-dək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri həyata keçirə biləcək. Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989