Haqqımızda Reklam
14 
Apr
2019
14:02
4
0
326

Zukerberqi “Facebook”dan uzaqlaşdırmaq istəyirlər

“Facebook” səhmdarlarının illik toplantısında Mark Zukerberqin İdarə Heyətinin sədri postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılacaq. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Business Insider yazıb. Məlumatda bildirilir ki, söhbət investorların təklifi əsasında strukturun dəyişdirilməsindən gedir. Zukerberqin vəzifəsindən kənarlaşdırılması məsələsi səsverməyə çıxarılacaq. Lakin Zukerberq səhmlərin 60 faizinə malik olduğu üçün səsvermənin onun əleyhinə bitəcəyi real görünmür. Qeyd edək ki, “Facebook” səhmdarlarının illik toplantısı mayın 30-da keçiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989