Haqqımızda Reklam
22 
May
2020
19:12
31
5
3803

Bolnisi meri rayona giriş-çıxışın bərpa olunacağı vaxtı açıqladı

"Sabahdan etibarən Bolnisiyə giriş çıxış tamamilə bərpa olunur". 24News.ge xəbər verir ki, bu sözləri rayonun meri, David Şerazadişvili deyib. O bildirib ki, rayona giriş-çıxış bərpa olunsa da, lakin iki kəndə karantin rejiminin götürülməsi şamil olunmayacaq: "Sabahdan etibarən Bolnisi sakinləri rahat şəkildə digər şəhər və rayonlara sərbəst səyahət edə biləcəklər. Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəntləri epidemoloji vəziyyətə görə, hələ karantin vəziyyətində qalacaq. Ümid edirik ki, vətəndaşlarımızın ayıq sayıqlığı və edilən tövsiyyələrə əməl etmələri nəticəsində, yaxın vaxtlarda sözügedən kəntlərində karantin rejimi ləğv olunacaq. Mən bütün Bolnisi sakinlərinə edilən tövsiyyələrə əməl etdikləri üçün təşəkkürümü bildirirəm, biz böyük bir sınağın öhdəsindən gəldik", - deyə o bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989