Haqqımızda Reklam
22 
May
2020
17:36
14
44
4930

"Bütün dünya pandemiyanın ikinci dalğasına hazırlaşır" - Baş nazir

"Bütün dünya pandemiyanın ikinci dalğasına hazırlaşır, payıza qədər bu aylardan istifadə edib hazır olmalıyıq". 24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria idarələrarası koordinasiya şurasının iclasında deyib. Baş nazirin sözlərinə görə, dünya pandemiyanın ikinci dalğasına hazırlaşır: “Bütün dünya koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşır, payıza qədər hər bir aydan istifadə etməliyik və maksimal şəkildə hazır olmalıyıq. Biz çox ciddi mübarizə apardıq, ancaq hələ heçnə başa çatmayıb. Bizim üçün dəyişən bir şey də yoxdur, sadəcə olaraq, mövcud olan proseslərə iqtisadiyyatla bağlı qayğılar və siyasi proseslərə və seçkilərə hazırlıq əlavə olunur”, – deyə baş nazir bildirib Nazir həmçinin fövqəladə hal rejimin götürülməsinin, ölkədə hər şeyin yaxşı olduğu və panidemiyanın məğlub edildiyi anlamına gəlmədiyini də bildirib: "Hökumət, panidemiya əleyhinə mübarizənin iki cəbhədə aparılacağını həmişə dilə gətirib. Bunlardan biri, insanların sağlamlığının qorunması, ikincisi isə iqtisadi dirçəlişi nəzərdə tutur. Fövqəladə hal rejiminin ləğvi virusun bitməsi demək deyil, biz virusla birgə yaşamağa və ehtiyyat tədbirlərini görməyə alışmalıyıq". Baş nazir bundan sonra, tətbiq ediləcək, müəyyən məhdudiyyətlər barəsində, müxalifətin mövqeyinə etiraz edərək, insanların sağlamlığı üçün, müxtəlif məhdudiyyətlərin qüvvədə qalacağını və bu məhdudiyyətlərin tətbiqində, hökumətə heç kimin mane ola bilməyəcəyini qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989