Haqqımızda Reklam
22 
May
2020
17:17
17
8
1959

Paata İmnadze, Milli imtahanların keçirilməsi eyni zamanda məktəb və uşaq bağçalarının açılmasını şərh edib

"Hər gün müzakirələr aparılır ki, milli imtahanlar nə cür keçirilsin". 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini, Paata İmnadze deyib. “Təhsil Nazirliyində xüsusi şura yaradılıb. Mən şəxsən bu şuranın üzvüyəm. Hər şey elan ediləcək, hər şey maksimal olaraq müdafiə olunaraq keçiriləcək”, – deyə İmnadze bildirib. Məktəb və uşaq bağçalarının tədris prosesinə gəldikdə isə, İmnadze qeyd olunan məsələ barəsində də hazırlıq işlərinin aparıldığını bildirib. “Tədris prosesi adətən sentyabrın ikinci yarısında başlayır. Ona qədər, sözsüz ki, bütün tədbirlər görüləcək. Hazırda müzakirələr və araşdırmalar aparılır ki, tədris prosesi necə başlansın. Tədris vaxtı gələndə bu mütləq məlum olacaq”, – deyə o bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989