Haqqımızda Reklam
22 
May
2020
11:15
101
3
10828

Son Dəqiqə! - Avtomobillərdə 3 nəfərdən artıq şəxsin hərəkət qadağası götürülür

Ölkədə avtomobillərdə 3 nəfərdən artıq şəxsin hərəkətinə tətbiq olunan qadağa götürülür. 24News.ge xəbər verir ki, bu barədə baş nazir, Giorgi Qaxaria, az öncə keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, sözügedən məhdudiyyət, sadəcə taksilər üçün qüvvədə qalacaq. Digər bütün növ nəqliyyat vasitələri üçün məhdudiyyət götürülür: "Biz bu gün, görürük ki, ölkə irəliyə addım atmaq, fövqəladə halın ləğvi üçün hazırdır. Paralel olaraq, komendant saatı da ləğv edilir və bu müəyyən yüngülləşdirmələr gətirir. Biz, hər kəsə məlum olan məhtudiyyət barəsində müzakirə apardıq və qərar verdik ki, 3 nəfərdən çox şəxsin avtomobil ilə hərəkət qadağası sadəcə taksilərdə saxlanılsın, digər nəqliyyat vasitələrində isə ləğv edilsin", - deyə nazir bildirib. Baş nazir həmçinin qeyd edib ki, hökumət vətəndaşlara, işləmək və ailələrinə gəlir aparlamaları üçün, lazımı qərarlar alacaq. Qeyd edək ki, baş nazir sözügedən qadağanın götürüləcəyi tarixi açıqlamasa da o, fövqəladə hal və komendant saatının götürüləcəyi tarixin arxasınca bu açıqlamanı verib. Bununla bağlı məlumatları araşdırıb yaxın saatlarda sizə təqdim edəcik! Xatırladaq ki. 23 maydan etibarən ölkədə komendant saatı və fövqəladə hal rejimi ləğv olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989