Haqqımızda Reklam
22 
May
2020
10:24
15
1
649

İlham Əliyev icra başçılarının həbsindən danışdı: "Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər"

"Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq-mühafizə orqanları hər şeyi müəyyən edəcək. 24News.ge xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib. "Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq", - deyə İ. Əliyev bildirib. Prezident həmçinin icra başçılarını tənqid edeib: "Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Amma deyə bilərəm ki, bu belə olmuyacaq", - deyə Əliyev bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989