Haqqımızda Reklam
21 
May
2020
20:08
27
15
2648

24News.ge-nin adı ilə növbəti təxribat! - Xəbər portalından açıqlama

Son zamanlar müəyyən təxribatçı insanlar tərəfindən 24News.ge xəbər portalına qarşı müxtəlif təxribatlar həyata keçirilir. Bir müddət öncə bir neçə təxribat yönlü dezinformasiyaların şahidi olsaqda, ötən gün daha bir təxribat yönlü yazılar və paylaşımlar ortaya çıxıb. Sosial şəbəkələrdə yenicə fəaliyyətə başlamış, adından da bəlli olduğu kimi, "troll" səhvəsi 24News.ge xəbər portalının adı ilə yalan məlumat yayaraq, dahi şəxsiyyət Nəriman Nərimanovun büstünün şəklini montaj edərək baş hissəsinə şəhərin meri, Zaur Darğallının şəklini qoyub və 24News.ge xəbər portalının adı ilə paylaşılıb. Bu cür hal dahi şəxsiyyət, siyasi-ictimai xadim Nəriman Nərimanova və eyni zamanda rayon meri Zaur Darğallıya, həmçinin xəbər portalımıza qarşı təhqir və yol verilməz addımlar kimi hesab edirik. Dəyərli oxucularmızdan xahiş edirik ki, bu cür səhfələrin paylaşımlarını nəinki bəyənmək əksinə şikayət edərək cəmiyyətdə təxribat yönlü fikirlər yayanlara qarşı adım atmaq lazımdır. Qeyd edək ki, son bir il ərzində 24News.ge xəbər portalı tək Gürcüstan azərbaycanlılarının deyil həmçinin xarici ölkələrdə olan həmvətənlilərimizin də xəbər məkanına çevirilib. Gün ərzində Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna eləcədə bir sıra avropa ölkələrində yaşayan 15-20 min insan saytımıza daxil olur, bu isə müxtəlif təxribatçı və cəmiyyətə faydası olmayan insanları narahat etməyə başlayıb. 24News.ge xəbər portalı və 24News Tv internet kanalı artıq daha böyük kollektivlə yeni-yeni xəbərlər və proqramlarla yaxın vaxtlarda tamaşaçıların görüşünə gələcək. Bizim bir devizimiz var: "BİZ OPERATİV VƏ QƏRƏZSİZ SİZƏ XİDMƏT EDİRİK!

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989