Haqqımızda Reklam
13 
Apr
2019
16:04
6
1
512

Baş nazir: "Hökümət Marneuli rayonuna investisiyaları üç dəfə artıracaq"

"Hökumət Marneuli rayonunda kənd təsərrüfatı sahəsinə sərmayələri artıracaq". 24News.ge xəbər verir ki, bu barədə Baş nazir Mamuka Baxtadze Marneulinin mer vəzifəsinə iqtidar Gürcü Arzusu Partiyasının namizədi Zaur Darğallının təqdimatında çıxışı zamanı söyləyib. O bildirib ki, Marneuli rayonu bütün Gürcüstanı kənd təsərrüfatı məhsulları ilə təmin edir: “Dövlət bu bölgədə kənd təsərrüfatı proqramlarına investisiyaları üç dəfə artıracaq”. M.Baxtadze qeyd edib ki, bölgələrin inkişaf etdirilməsi hökumətin ən əsas prioritetlərindən biridir: “Məhz buna görə də 2019-cu ildə biz Marneuliyə yeni yollar, məktəb və uşaq bağçalarının tikintisi və digər infrastruktur layihələrinə rekord həcmdə sərmayə ayırmışıq. Söz verirəm ki, gələcəkdə kənd təsərrüfatı layihələrinə investisiyalar daha da artırılacaq və hazırda həyata keçirilən proqramlar genişləndiriləcək”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989