Haqqımızda Reklam
12 
Apr
2019
21:23
2
0
440

“Qazprom”dan Ermənistandakı əməkdaşlarına pis xəbər

Rusiyanın “Qazprom” şirkətinin Ermənistandakı “Qazprom Armeniya” müəssisəsində əməkdaşların ixtisar edilməsi məsələsi müzakirə olunur. 24News.ge Reporta istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya”dan məlumat verilib. Bildirilib ki, hazırda “Qazprom Armeniya”da iqtisadi vəsaitlər də daxil olmaqla kompleks məsələlər üzrə müzakirələr aparılır: “Ştat cədvəlinə yenidən baxılması da gündəlikdədir”. Qeyd edək ki, 2018-ci ilin son gününədək Rusiya Ermənistana təbii qazın min kubmetrini 150 dollara satırdı. 2019-cu ilin yanvarından bu rəqəm 165 dollar olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989