Haqqımızda Reklam
12 
Apr
2019
21:01
2
0
342

Virus Hepatitinin eliminasiyasına görə Gürcüstan mükafatlandırılıb

Virus Hepatitinin eliminasiyasına görə, nümunəvi ölkə statusu dünyada ilk dəfə Gürcüstana verilib. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, Gürcüstanın Səhiyyə Nazirliyinin nümayəndə heyyəti Avstriyada, Avropa Qara Ciyər Tədqiqat Asosiyasiyasının və Beynəlxalq Qara Ciyər Fondu tərəfindən təşkil olunan konqresdə fəxri statusla iştirak edib. Səhiyyə Nazirliyinin məlumatına görə, konqres çərçivəsində, bugünki sessiya hepatitin eliminasiyası istiqamətində xüsusi ilə Gürcüstana həsr olunub. Sesiyada Gürcüstana dünyada ilk dəfə “hepatit ilə mübarizə baxımından nümunəvi ölkə statusu” verilib. Fəxri titulu Səhiyyə Naziri Davit Sergeenkoya bugün Avropanın Qara Ciyər Təqdiqatı Asosiasiyasının sədri Masimo Kolombo təqdim edib. Beynəlxalq Qara Ciyər Konqresi Avstriya paytaxtı Venada aprelin 10-da açılıb və aprelin 14-də başa çatacaq. Konqres çərçivəsində Beynəlxalq Fond və Gürcüstanın Səhiyyə Nazirliyi arasına birgə memorandum imzalanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989