Haqqımızda Reklam
12 
Apr
2019
20:45
2
0
565

İqtisadiyyat naziri azərbaycanlılar yaşayan bölgənin inkişafı üzrə əsas prioritetləri açıqlayıb (FOTO)

İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia Kvemo Kartli bölgəsinə səfər edib. 24News.ge xəbər verir ki, nazir Bolnisi rayonunda 200-ə yaxın yerli kiçik və orta sahibkarlarla görüş keçirib. G.Kobulia Kvemo Kartli bölgəsinin inkişafı üçün prioritet istiqamətlər barədə məlumat verib: “Bölgənin iqtisadi inkişafı üçün qida sənayesi, kənd təsərrüfatı və turizm sahələri üç əsas istiqamətdir. Bu sahələr üzrə böyük potensial mövcuddur. Biz bölgədə qida sənayesi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarları konsultasiya edəcək yüksək ixtisaslı mütəxəssislər cəlb etməyi nəzərdə tuturuq”. Nazir bildirib ki, Gürcüstan hökuməti bölgədə turizmin inkişaf etdirilməsi üçün investorlarla əməkdaşlığa hazırdır: “Biz bu sektora sərmayə qoymaq və hotel açmaqda maraqlı olan iş adamları ilə fəal əməkdaşlığa hazırıq. Bununla yanaşı, bölgədə yol infrastrukruru inkişaf etdiriləcək ki, bu da, öz növbəsində, turizmin inkişafını təşviq edəcək”. Görüşdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Ekaterine Mikabadze, Ticarət və Sənaye Palatasının prezidenti Nino Çikovani, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər də iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989