Haqqımızda Reklam
12 
Apr
2019
14:49
3
0
544

İpoteka kreditini almaq necə mümkündür - Milli Bankdan açıqlama

2500 larilik gəlir ilə ipoteka kreditini almaq necə mümkündür. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, bu barədə Milli Bank açıqlama verib. Yanvarın1-dən qüvvəyə minən requlyasiyalar şəraitində, 2500 larilik aylıq gəliri olan şəxslər üçün ipoteka kreditini almaq mümkündür ya yox? sualına Milli bank belə açıqlama verib: "Əgər vətəndaşın və yaxud bir ailənin aylıq gəliri 2500 laridirsə, 60 kvadrat metrlik mənzilin alınması üçün, onlara 15 illik kredit verilə bilər. Milli Bankın prezidenti Koba Qvenetadzeyə bu mövzu ilə bağlı sualı parlamentdə aparılan müzakirələr zamanı da veriblər: “2000-2500 larilik aylıq gəliri olan yeni evlənmiş ailə ev almaq istəyirsə, nə etməlidir?” Milli Bank bu məsələ ilə bağlı açıqlamada deyir: “60 kvadrat metrlik mənzili almaq üçün 15 illik kredit, ayda 2500 lari gəliri olan ailəyə verilə bilər. Daha az kvadratlı mənzili isə, daha az gəliri olanlar da ala bilərlər”. Milli Bank son zamanlar ipoteka kreditinin alınması şərtlərinin çox çətinləşdiyi barədə yayılan məlumatı yalanlay;b. “Kreditin götürülməsində “çətin” olan sadəcə kredit alan şəxsin gəlirinin detallı şəkildə öyrənilməsidir. Əgər kredit almaq istəyən şəxsin formal və yaxud qeyri-formal konkret gəliri varsa, onun kredit götürməsində, heç bir çətinlik yoxdur”.- deyə Milli bankın rəsmiləri bildirir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989