Haqqımızda Reklam
09 
Apr
2019
19:00
3
1
524

GAK 9 aprel qurbanlarını yad edib (FOTO)

Bu gün 9 Aprel hadisələrinin 30-cu ildönümü ilə bağlı Marneulinin Tsereteli kəndində yerləşən 9 Aprel abidəsinin qarşısında Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) kollektivi əkil qoyaraq, güllər düzüblər və onlar üçün dualar ediblər. 24News.ge xəbər verir ki, burada çıxış edən GAK-ın sədri Hüseyn Yusubov bildirib ki, artıq 30 ildir ki, 9 Aprel azad, demokratik və müstəqil Gürcüstan Respublikasının azadlıq simvoluna çevrilib: Çünki 1989-cu il 9 Aprel Tbilisi Şəhərində dinç mitinq keçirən insanlara qarşı Sovet ordusu tanklar ilə hücuma keçdi: Mitinq iştirakçılarına qarşı eləcədə odlu silahlardan istifadə etdilər. Bütün bunlara baxmayaraq Gürcüstan xalqı özünün müstəqiliyini bərpa etdi. Xatırladaq ki, 1989-cu il 9 aprel tarixində paytaxt Tbilisidə, Rustaveli prospektində Sovet ordusu Gürcüstanın müstəqilliyi uğrunda baş tutan dinc nümayişi dağıdaraq qətliyam törədib. Faciə nəticəsində 21 nəfər qətlə yetirilib. Yüzlərlə insan isə yaralanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989