Haqqımızda Reklam
08 
Apr
2019
21:41
11
1
658

Marneulidən olan gənc ifaçı Şaban Məmmədov Tbilisidə mükafata layiq görülüb (FOTO)

Marneulidən olan gənc ifaçı Şaban Məmmədov Tbilisidə, “Qızıl Mikrofon” mükafatına layiq görülüb. 24News.ge xəbər portalına müsahibə verən Şaban Məmmədovun atası Faril Məmmədov yarışmanın “Tbilisi Pioner Filmçilər” studiyasının təşəbbüsü ilə keçirildiyini deyib. O, bildirib ki, festivalda Şaban Məmmədovun oxuduğu Hərkəs Gedər adlı müsiqi münsiflər heyyəti tərəfindən yüksək qiymətləndirilib və Şaban Məmmədov “Qızıl Mikrofon” mükafatına layiq görülüb. Qeyd edək ki, Şaban Məmmədov aprelin 12-si Ukraynada keçirləcək “Qızıl Quş” adlı beynəlxalq müsiqi festivalına yola düşür, Ş. Məmmədov festivalda Gürcüstanı təmsil edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989