Haqqımızda Reklam
06 
Apr
2019
19:14
1
0
692

Batumidə kütləvi məzarlıq aşkar olunub (FOTO)

Acaristan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində kütləvi məzarlıq aşkar olunub. 24News.ge-nin verdiyi xəbərə görə, bu barədə Batumi və Lazeti Yeparxiyası məlumat yayıb. Məzarlıq 3 saylı hərbi bazanın yaxınlığında, hava limanının bir neçə kilometrliyində tapılıb. Həmin ərazini Müdafiə Nazirliyi Patriarxlığın müvəqqəti istifadəsinə verib. Məzarlıqda, təxminən, 150 insanın dəfn olunduğu 4 qəbir yerləşir. Qəbirlərdə nizamsız və hörmətsiz basdırılmış qalıqların 1937-1938-ci illərdə bolşevik repressiyaları zamanı güllələnən insanlara aid olduğu ehtimal olunur. Ekspertlər qalıqların türk hərbçilərinə məxsus olduqlarını istisna etmirlər. Məzarlıqda aşkar olunmuş insan qalıqları aprelin 21-də hərbi bazanın ərazisində yeni qəbirlərdə basdırılacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989