Haqqımızda Reklam
04 
Apr
2020
17:14
23
22
6016

Həkimdən maraqlı açıqlama:

Tbilisi Dövlət Tibb Universitetinin Birinci Xəstəxanasının klinika rəhbəri, Lali Turtseladze bu gün koronavirus diaqnozu ilə vəfat etmiş, 79 yaşlı qadın barəsində danışıb. 24News.ge xəbər verir ki, Turtseladze, həmin qadının çox ciddi kilo itirdiyini, xəstəxanaya gətirildiyi zaman 10-15 kq-dək çəkiyə malik olduğunu deyib. "Həyatını itirmiş qadın, 31 mart tarixində, Marneulidəki Geo Hospitaldan ağır vəziyyətdə klinikamıza gətirildi. Bizim klinikamıza gətirildiyi zaman, süni nəfəs aparatına bağlanıldı. O, son 6-7 ay ərzində çox ciddi çəki itirib və bizim klinikaya gətirildiyi zaman 10-15 kq-dan artıq çəkisi yox idi,"-deyə Turtseladze bildirib. Həkim, həmçinin həyatını itirən xəstənin virusa yoluxanadək bir çox xroniki xəstəliyinin olduğunu da bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989