Haqqımızda Reklam
04 
Apr
2020
16:06
25
3
1271

Marneuli meriyası 2000-dən artıq bağça uşaqlarını 60 günlük qida ilə təmin edəcək

Marneuli Meriyası və Munisipalitetin Uşaq bağçaları Birliyinin (QKHŞ) qərarına əsasən, bağçalarda uşaqların qidalanması üçün nəzərdə tutulmuş məhsul, uşaqların ailələrinə veriləcək. 24News.ge xəbər verir ki, bu barədə rayon meriyası məlumat yayıb. Məlumata görə, gələn həftədən etibarən, Munisipalitetin Uşaq bağçaları Birliyi, rayon miqyasında yaşayan cəmi - 2016 bağça uşağı üçün (sosial statusundan aslı olmayaraq), nəzərdə tutulmuş 60 günlük ərzaq məhsullarını təqdim edəcək. Sözügedən layihəni həyata keçirmək üçün, büdcədən təxminən - 130 000 lari vəsait ayrılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989