Haqqımızda Reklam
04 
Apr
2020
15:46
17
16
1128

Baş nazir "Vahid Milli Hərəkat" partiyasından danışdı: "Siyasi qeybətdən başqa heçnə etmirlər"

Baş nazir, Girogi Qaxariya, VMH liderləri tərəfindən Avropadakı Gürcüstan vətəndaşlarının ölkəyə gətirilməsinin maddi cəhətdən qarşılaya biləcəkləri barədə təkliflərinə cavab verib. 24News.ge xəbər verir ki, açıqlamada baş nazir sözügedən partiya nümayəndələrinin qeybətdən başqa birşey etmədiklərini bildirib. "Avropanın bir şəhərindən Gürcüstana aviareys həyata keçirmək çox asan bir prosedurdur. Bu insanlar isə, siyasi qeybətdən başqa heç nə etmirlər" Baş nazir, həmçinin onlara müraciət edərək, VMH-nın hər hansı bir aviareys həyata keçirə bilməyəcəyinə görə, bunun üçün ayırmaq istədikləri məbləği koronavirusla mübarizə fonduna köçürmələrini təklif edib. "Neçə həftədir ki, qeybət edirlər, mənim sadəcə sözlərim yetmir. Belə çıxır ki, onların aviareys təşkil etmək bacarıqları yoxdur, belədirsə reysi həyata keçirmək üçün hansı məbləği ayırıblarsa, həmin məbləği fonda köçürsünlər və biz sistemik olaraq xaricdə olan hər bir vətəndaşımıza qayğı göstərəcəyik,"-deyə Giorgi Qaxariya bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989