Haqqımızda Reklam
04 
Apr
2020
15:17
18
11
1327

Marneuli meri üç ayda əməkhaqqının 1/3-ni koronavirusla mübarizə fonduna köçürəcək

Marneuli rayonunun meri Zaur Darğallı növbəti üç ayda əməkhaqqının 1/3-ni ölkədə koronavirusla mübarizə fonduna ianə edəcək. 24News.ge xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə bildirib. Mer bununla COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması və fəsadların aradan qaldırılmasına töhvə verəcəyini deyib. Qeyd edək ki, Gürcüstan hökuməti və parlament çoxluğunun hər bir üzvü də bu təşəbbüsü dəstəkləyib. Parlamentin azərbaycanlı deputatları – Ruslan Hacıyev, Savalan Mirzəyev və Mahir Dərziyev də koronavirusla mübarizəyə növbəti üç ayda maaşlarından pul köçürəcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989