Haqqımızda Reklam
04 
Apr
2020
14:49
15
19
5757

Gürcüstanda koronavirusdan həyatını itirmiş qadın xüsusi qaydada dəfn ediləcək

Gürcüstanda koronavirusdan həyatını itirmiş, 79 yaşlı qadın xüsusi qaydada dəfn ediləcək. 24News.ge xəbər verir ki, koronavirusdan həyatını itirənlərin dəfni, Səhiyyə naziri, Ekaterine Tikaradzenin 25 mart tarixində xüsusi qərarı və 16 nömrəli əlavəsi ilə müəyyənləşdirilməlidir. Qeyd edilən qərara əsasən, mərhumun ailə üzvləri və dəfni həyata keçirənlər infeksiyanın mövcud yayılma təhlükəsindən xəbərdar olamlıdırlar. Dəfn 72 saatı keçmədən həyata keçirilməli və mərasimə çox insanın toplanılmaması lazımdır. Mərhumun cəsədinin qoyulduğu xüsusi torbanın mərhumun təhvili və dəfn mərasiminin hər hansı bir zamanında açılması qadağandır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989