Haqqımızda Reklam
04 
Apr
2020
12:34
23
8
1704

"Hökumət nə qədər məbləğ ayırsa da bizim imkanlarımızla böhranı aşmaq mümkün deyil" - Kapanadze

"Gürcüstan hökümətinin yaranmış böhranı aradan qaldırmaq üçün ayırdığı məbləğlər yetərli olmayacaq və ölkəyə Beynəlxalq ictimaiyətin kömək göstəməsi çox önəmlidir" 24News.ge xəbər verir ki, bu sözləri "Avropalı Gürcüstan" partiyasının liderlərindən olan, Sergi Kapanadze deyib. Kapanadze artıq bu barədə müxalifətin xaricdəki Gürcüstanın partnyor ölkələrinə və beynəlxalq maliyyə institularına məktubla müraciət etdiklərini də bildirib: "Bu gün ölkənin ən böyük problemi əhalinin koronavirusdan qorunması və imkan daxilində daha çox həyat xilas etməkdir. Buna paralel olaraq, hər birimiz yaxşı anlayırıq ki, ölkə ağır iqtisadi problem qarşısında dayanıb, hansı ki, böhran hələ önümüzdədir. 'Avropalı Gürcüstan' partiyası olaraq koronavirus probleminin aradan qaldırılması üçün hökumətə bir çox mübarizə üçün konkret addımlar təklif etmişik. Biz onu da bilirik ki, Gürcüstan hökuməti bir çox maliyyə institu ilə danışıqlar aparır. Bu gün praktiki olaraq bütün müxalifət beynəlxalq dostluğa, maliyyə təşkilatlarına müraciət edirik ki, hakimiyyətlə aramızda olan fərqli mövqelərə baxmayaraq, biz Gürcüstan üçün maliyyə yardımının ayrılmasını dəstəkləyirik,"-deyə Kapanadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989